Oktyabrın 15-də Çinin Dekivinq şəhərində başlayan Kano Polo üzrə dünya çempionatı bu gün oktyabrın 20-də final yarışı ilə başa çatıb. Yarışlarda İran təmsilçisi qadınlar arasında İsfahane-Xoroşan, kişilərdə isə Mələvane-Nədaca komandaları olub.
Yarışın final günündə İran təmsilçiləri rəqibləri ilə qarşılaşıb. İranın qadınlardan ibarət təmsilçisi İsfahane-Xoroşan P qrupunda ikinci turun beşinci və sonuncu oyununda Sinqapurla üz-üzə gəlib, yekunda Fatimə Cəlaliyan, Atusa İslami və İlahə Purəbdiyanın qolları ilə 3:2 hesabı ilə qalib gəlib. İran təmsilçisi bu nəticə ilə P qrupunun ikinci komandası kimi İranın Kano Polo idmanı tarixində ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib, həmçinin Dünya Oyunlarının kvotasını qazanıb.
Sizin rəyiniz